Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/20/2025

Paylaşın

GÜNDƏM

Bakıda daha iki ünvanda minib-düşmə yeri yaradılıb

IMG-20250820-WA0108

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün daha iki ünvanda minib-düşmə yeri yaradıb.

Baki-baku.az bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN Xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib. Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.

Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır. Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Именно поэтому в последние годы на первый план вышло понятие «digital detox» (цифровой детокс).