Nəşr edilmişdir 10/27/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakıda bu küçəyə giriş artıq qadağandır!

C5286D5F-AF1F-4498-A15E-47920F73C034

Bu gündən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkəti məhdudlaşdırılıb.

Baki-baku.az xəbər verir ki, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb.

Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb.

İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.

Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Poçt markası müasir bir insan üçün çox adi bir şeydir. Bəs poçt markalarının nə vaxt və nə üçün

Ən son

GÜNDƏM

Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək

GÜNDƏM

Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək