Nəşr edilmişdir 09/30/2024

Paylaşın

GÜNDƏM

Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 2-ci günü başa çatıb

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 2-ci günü uğurla başa çatıb.

“BakıBaku” “Report“-a istinadən xəbər verir ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr – 2 oktyabr tarixlərində Bakı şəhərində keçirilir.

Bakı Konqres Mərkəzində baş tutan tədbirin 2-ci günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.

“Müstəqil cinayət ədliyyə sisteminin üç əsas sütununu tarazlaşdırmaq üçün milli yanaşmalar – problemlər və cavablar” plenar sessiyası, “Prokurorun ittiham tərəfi ilə müdafiə tərəfi arasında bərabərliyin təmin edilməsində rolu”, “Cəza prosesində prokurorun rolu” seminarlarında səmərəli fikir mübadilələri baş tutub, müzakirələr aparılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin

Ən son

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,