Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/27/2025

Paylaşın

GÜNDƏM

Bakıda Batuxan Baymenin sərgisi açılıb

Batuxan Baymenin sərgisi, Batuxan Baymen, “NOMADE BLACK & WHITE”

Azərbaycan Rəssamlar İttifaqının Vaciya Səmədova adına sərgi salonunda (Xəqani küç. 19) qazaxıstanlı rəssam Batuxan Baymenin “NOMADE BLACK & WHITE” adlı fərdi sərgisi açılıb.

Baki-baku.az xəbər verir ki, açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov iştirak ediblər.

Batuxan Baymen Qazaxıstanın ən tanınmış müasir qrafika ustalarından biridir. Onun əsərləri miqyası, düşüncə dərinliyi və özünəməxsus üslubu ilə seçilir. Sənətkar yaradıcılığında əcdadlarının köçəri mədəniyyətindən ilham alaraq qədim türk tarixini, nomad dünyasını və ortaq fəlsəfəni yeni bədii prizmadan təqdim edir.

Sərgidə təqdim olunan əsərlər simvolik, alleqorik və metaforik kompozisiyaları ilə fərqlənir, türk xalqlarının ruhunu, mədəni irsini və müasir təfəkkürünü əks etdirir. Rəssam tez-tez Abay Kunanbayev, Çingiz Aytmatov və Əlişir Nəvainin əsərlərindən ilhamlanaraq qrafikalarında bu motivlərə xüsusi yer verir.

Qeyd edək ki, sərgi 15 sentyabradək davam edəcək.

Batuxan Baymen, “NOMADE BLACK & WHITE”

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Человечество веками грезило о бессмертии, но последние научные открытия указывают на существование четких биологических границ жизни.

Ən son

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin