Nəşr edilmişdir 02/06/2025

Paylaşın

GÜNDƏM

Bakıda Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin 33 illiyi qeyd edilib

Azərbaycan

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycanla diplomatik münasibətlərin 33-cü ildönümü münasibətilə tədbir təşkil edib.
Baki-baku.az xəbər verir ki, tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ikitərəfli münasibətlərin mövcud vəziyyətini dəyərləndirib.
“Son üç onillikdə Azərbaycan və Ukrayna etibarlı münasibətlər və əməkdaşlıq üçün möhkəm təməl qurub”, – səfir bildirib.
O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə Azərbaycana təşəkkür edib, həmçinin iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsində iki ölkənin parlamentlərarası missiyalarının mühüm rolunu vurğulayıb.
“Ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etməkdə davam edir. Biz, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına Ukraynaya 1 milyon dollar məbləğində növbəti humanitar yardım paketinə görə təşəkkürümüzü bildirmək istərdik”, – diplomat qeyd edib.
Y.Qusev, həmçinin Ukraynanın humanitar minalardan təmizlənməsinə dəstəyinə görə Azərbaycana təşəkkür edib və bu sahədə gələcək əməkdaşlığa ümid etdiyini bildirib. O, münaqişədən zərər çəkmiş ukraynalı uşaqlarının reabilitasiyasına göstərilən köməyə görə də təşəkkürünü ifadə edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət

Ən son

GÜNDƏM, XƏBƏRLƏR

Bakı və Bakı ətrafı kəndlər daim maraq mərkəzində olub. Bu kəndlər adət-ənənələri, folkloru özünəməxsus mədəniyyətləri

GÜNDƏM, XƏBƏRLƏR

Bakı və Bakı ətrafı kəndlər daim maraq mərkəzində olub. Bu kəndlər adət-ənənələri, folkloru özünəməxsus mədəniyyətləri