Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/20/2025

Paylaşın

GÜNDƏM

Bakıda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb

Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama, Ağ Amerika kəpənəkləri, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Dərmanlama

Son günlərdə paytaxtın bəzi ərazilərində tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir.

Baki-baku.az xəbər verir ki, məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi 5-ci mikrorayon Mir Cəlal küçəsi və Moskva prospekti 90 ünvanlarına baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.

Qeyd edək ki, bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu da qeyd edək ki, sözügedən həşəratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.

Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi istiqamətində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Ağ Amerika kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir.

Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Кто бы мог подумать, что одно из самых привычных изобретений XX века появилось благодаря… недоразумению?

Ən son

HƏR ŞEYDƏN

Hamı Napoleon Bonapartı qısa boylu, demək olar ki, karikatura obrazlı bir sərkərdə kimi təsəvvür etməyə

HƏR ŞEYDƏN

Hamı Napoleon Bonapartı qısa boylu, demək olar ki, karikatura obrazlı bir sərkərdə kimi təsəvvür etməyə