Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/19/2025

Paylaşın

GÜNDƏM

Bakıda əhalinin 67,5 %-i istifadə etdiyi suyun mənbəyini bilmir – SORĞU

Bakıda əhalinin 67,5 %-i istifadə etdiyi suyun mənbəyini bilmir.
Baki-baku.az Sosial Tədqiqatlar Mərkəzinə istinadla xəbər verir ki, aparılan sorğuya əsasən, əhalinin 19,5 %-i istifadə etdiyi suyun mənbəyinin Ceyranbatan su anbarından, 7,3 %-i Oğuz-Qəbələ-Bakı su kəmərindən, 1,3 %-i Şollar-Bakı su kəmərindən, 4,4 %-i Kür çayından gəldiyini bildirib.
Qeyd edək ki, Mərkəzin keçirdiyi sorğu Bakı şəhərinin bütün inzibati rayonlarını əhatə edib. Sorğu iştirakçılarının 41.9 %-i şəhərdə, 53.1 %-i qəsəbədə və 5 %-i kənddə məskunlaşdığını qeyd edib. Həmçinin sorğunun nəticələrinə əsasən, sakinlərin 45.6 %-i bina evində (o cümlədən, 11.5 %-i yeni tikili, 34.1 %-i köhnə tikili), 54.4 %-i həyət evində yaşayır.
Sorğular 30 iyul-4 avqustda 390 ev təsərrüfatı arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan iki sexin fəaliyyəti dayandırılıb.