Nəşr edilmişdir 03/14/2025

Paylaşın

GÜNDƏM

Bakı və ətrafında nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi müzakirə olunub

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, Nəqliyyat, Nazirlər Kabineti

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin vaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin etmək məqsədilə əsas və digər icraçı olan orqanların səlahiyyətli nümayəndələrindən ibarət yaradılan İşçi qrupun iclası keçirilib.
Bu barədə Baki-baku.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi və yenidənqurulması, 10 yeni metro stansiyasının tikintisi və mövcud stansiyaların yenidənqurulması, yeni vaqonların alınması və metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu nəqliyyatı üzrə mövcud şəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası, yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobusların alınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərin icrası həyata keçiriləcək.
İclasda Dövlət Proqramının Tədbirlər Planı üzrə göstərilən məsələlər üzrə tədbirlər və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə qurumlararası əlaqələndirilmənin, tədbirlərin icrasının vaxtında yerinə yetirilməsi və nəzarətin təmin edilməsi üçün aparılacaq monitorinq və qiymətləndirmədə rəqəmsal tətbiqin təmin ediləcəyi barədə məlumat verilib.
İclasın yekununda İşçi qrup tərəfindən müzakirə edilən məsələlərə dair Dövlət Proqramı üzrə müəyyən edilən əsas və digər icraçı dövlət orqanlarına (qurumlarına) müvafiq tapşırıqlar verilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində martın 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.