Nəşr edilmişdir 12/31/2024

Paylaşın

GÜNDƏM

Bakı və Sumqayıtda 512 hərbçi tam təmirli mənzillərlə təmin olunacaq

tam təmirli mənzillərlə təmin olunacaq

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq.

Baki-baku.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclasında qərar verilib.

Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.

Nazir bildirib ki, bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4 027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini diqqətə çatdıran komissiyanın sədri qeyd edib ki, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş 35 milyon manat vəsait hesabına daha 512 tam təmirli mənzil alınaraq Komisiyyanın qərarı ilə hərbi qulluqçulara verilməsi təmin olunmalıdır.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.

Komissiya həmçinin, hazırda mənzil növbəsində olan 381 hərbi qulluqçunun Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunmasına, eyni zamanda, 131 nəfər hərbi qulluqçuya mənzilin verilməsinə dair məsələnin 2025-ci ilin fevral ayında keçiriləcək iclasda mənzillərin Müdafiə Nazirliyi tərəfindən püşkatma yolu ilə növbəsi çatmış hərbi qulluqçular arasında bölgüsünün nəticələri əsasında baxılması qərara alınıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 29-da Prezident İlham Əliyevin Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə

Ən son

GÜNDƏM

Sabah Bakının Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Baki-baku.az-a

GÜNDƏM

Bakının Baş Planına uyğun olaraq “Hibrid Yaşıl Koridor” layihəsinin icrasına başlanılır.Baki-Baku.az xəbər verir ki, layihənin

GÜNDƏM

Yeni illə əlaqədar qeyri-iş günlərində (30.01.2024 – 05.01.2025) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə