Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2025

Paylaşın

GÜNDƏM

Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verdi

“Addım-addım Vətəndə”

“Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə birgə tamaşa və tədbirlər keçirmək niyyətindədir.

Baki-baku.az xəbər verir ki, layihənin əsas məqsədi Bakı Uşaq və Gənclər Teatrının bölgə teatrları ilə arasındakı əməkdaşlığı gücləndirmək, regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları ilə birbaşa ünsiyyətdə olmaqdan ibarətdir.

Sözügedən layihə 30 sentyabr 2025-ci il tarixdə Lənkəran Dövlət Dram Teatrı ilə birgə həyata keçirilib.

Tədbirin aparıcıları Lənkəran Dövlət Dram Teatrının aktyoru Səyad Əliyev, Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev tamaşaçıları salamladıqdan sonra hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat verib. Daha sonra səhnəyə hər iki teatrın direktorlarını – Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Laləzar Hüseynovanı, Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı dəvət ediblər. Laləzar xanım Hüseynova Bakı Uşaq və Gənclər Teatrının kollektivini salamlayaraq, bu layihənin əhəmiyyətini xüsusi vurğulayaraq uğurlar arzulayıb. Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, layihənin rəhbəri İntiqam Soltan Lənkəran Dövlət Dram Teatrına Bakı Uşaq və Gənclər Teatrının “Addım-addım vətəndə” layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.

Proqramda Bakı Uşaq və Gənclər Teatrının repertuarında olan tamaşalardan parçalar – “Ağıllı Tülkü” (Yapon xalq nağılı, rejissor respublikanın əməkdar artist İntiqam Soltan), “Danışan Gəlincik” (Abdulla Şaiq, rejissor rejissor İlhamə Əhmədova), “Şəngülüm, Şüngülüm, Məngülüm” (Azərbaycan Xalq nağılı, rejissor Mehman Piriyev və Rauf Huseynli), Tofiq İsgəndərlinin təqdimatında illuziya nömrələri, Lənkəran Dövlət Dram Teatrının aktyorları Gülər Kərimova, Günel Bağırova, Murad Kərimli, Cəfər Səlimovun ifasında mahnı və rəqs nömrələri nümayiş olunub.

Layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festivalla yekun vurmaq niyyətindəyik.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Payız aylarının sevilən, lakin hələ də tam dəyəri bilinməyən meyvələrindən biri də innabdı

Ən son

GÜNDƏM

Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab

GÜNDƏM

Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin