Mayın 25-də saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşən sərnişin qatarı mayın 26-da saat 09:04-də Tbilisiyə çatıb.
Baki-baku.az xəbər verir ki, Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi təşkil olunub. Tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımaları Azərbaycan Dəmir Yolları tərəfindən bərpa olunub. Marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edir.