Nəşr edilmişdir 03/06/2025

Paylaşın

GÜNDƏM

Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləridir. Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhvali-ruhiyyəsi yaradılıb.

Ən son