Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

Bakı Mühəndislik Universiteti WUF13-də innovativ layihələrlə təmsil olunur

Bakı Mühəndislik Universiteti, WUF13

Bakı Mühəndislik Universiteti (BMU) BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində innovativ konsept layihələrlə təmsil olunur.

BMU-dan Baki-baku.az-a bildirilib ki, universitet sərgidə “Gələcəyin şəhər modelinə ənənəvi və orqanik yanaşma” mövzusunda urbanistika və memarlıq sahələrini əhatə edən iki konseptual tədqiqat layihəsini təqdim edir.

Universitetin Memarlıq və inşaat fakültəsinin hazırladığı birinci layihə klassik İslam şəhərsalma məktəbinin məhəlli təşkilatlanma prinsiplərinin müasir urbanistik nəzəriyyələr və dayanıqlı inkişaf yanaşmaları əsasında reinterpretasiyasına yönəlmiş modul tipli orqanik yaşayış strukturları konseptidir. “Pətək” modeli kimi təqdim olunan konsepsiya ənənəvi müsəlman şəhərlərinə xas məhəlli-məkan kompozisiyasını innovativ planlaşdırma metodologiyası ilə sintez edərək sakinyönümlü şəhər modelini təklif edir. Layihədə nəqliyyat və piyada münasibətlərinin optimallaşdırılması, sosial inteqrasiyanın gücləndirilməsi, ekoloji balansın qorunması və funksional urban məkanların formalaşdırılması əsas elmi-praktik prioritetlər kimi müəyyən edilib.

İkinci layihə Şuşa şəhərinin Cıdır düzü ərazisində kreativ müasir memarlıq nümunələrindən istifadə etməklə “Milli Mədəniyyət Mərkəzi” konseptidir. Layihədə milli memarlıq irsinin çağdaş memarlıq təfəkkürü ilə inteqrasiyası əsasında yaradıcı və innovativ məkan həlləri təqdim olunur. Konseptual yanaşma mədəni identikliyin qorunması ilə müasir memarlıq-estetik prinsiplərin harmonik vəhdətinə əsaslanır.

WUF13 çərçivəsində sərgidə təmsil olunmaq universitetin akademik heyəti, tələbələri və gənc tədqiqatçıları üçün beynəlxalq elmi platformalarda təcrübə mübadiləsinin genişlənməsinə, multidisiplinar əməkdaşlıq imkanlarının formalaşmasına və urbanistika, memarlıq, dayanıqlı şəhərsalma istiqamətlərində aparılan elmi-tədqiqat fəaliyyətlərinin inkişafına mühüm töhfə verəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin