Nəşr edilmişdir 05/22/2025

Paylaşın

ETNOQRAFIYA

Bakı lüğəti V (ardı)

Azərbaycan dili Türk dilləri ailəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Dilimizin cüzi fərqlənən 4 dialekti var – şərq, qərb, şimal və cənub dialektləri. Bakı ləhcəsi bu qruplardan Şərq dialekti qrupuna aiddir.

Bu ləhcənin digər bütün ləhcələr kimi bir sıra özəllikləri var.

Onlardan bir ne­çə­si daha xarakterikdir:
1) “o” -laşma ( a –o )
baban [ bobon ], tava [ tova ], babat [ bobat ]
2) “e”-ləşmə ( a –e )
qaymaq [ qeymağ ], qaysı [ qeysi ], bəd [ bed ]
3) “ə” -ləşmə ( a –ə )
qardaş [ qərdeş ], qaysı [ qəysi ]
4) “ö” -ləşmə ( ə –ö )
nəvə [ növə ], zəvərdar [ zövərdar ]
5) söz sonunda “ğ”, “g”, “b” samitlərinin işlənməsi
bardaq [ bardağ ], barmaq [ barmağ ] və ya [ bormağ ]

Şirin və baməzə sözləri ilə zəngin olan ləhcədən budəfəki məqaləmizdə sizə növbəti sözləri təqdim edirik.

Ahar – yanmış.
~Uşağ əlini aharbiryan eliyib (Uşaq əlini yandırıb).
~Elə söz dedi ki, aharım çıxdı (yandırdı məni).

Bağdatı – ipək parçadan hazırlanmış baş yaylığı.

Cəğəni – çörək xəmirini təndirə yaparkən, xəmirin üz hissəsi süzülüb təndirin içinə düşür (Bax: Küt), təndirin divarında qalaraq bişən nazik alt qatına deyilir.

Çaxçur – şalvara oxşar enli balaqlı qadın alt geyimi.

Do – 1.bərabər, tay, tən;
~Bizim birimiz süzün hamuvuza do(u)dur.

  1. hədə-qorxu.
    ~Sən mənə do gəlirsən?

Ənou – 1. Baharda yetişməmiş (kal) meyvə yemək nəticəsində qarında olan xəstəlik;

  1. cahil adam, həyatı tam qavramayan;

Gündəquş – gün doğuşu: gün çıxdığı tərəf.

Hözeki // Hozegi – 1. qorxunc, qorxulu;

  1. hirsli;
  2. ədalı.

Xərəngəbazar – adamın zəhləsini tökmək, şitini çıxarmaq.

Kəltə – 1. diribaş arvad, kişi kimi olan iri qadın;

  1. yekə.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir