Nəşr edilmişdir 01/18/2025

Paylaşın

GÜNDƏM

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib. 

Mərkəzdən Baki-Baku.az-a bildirilib ki, tədbirin əvvəlində ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının və Aktau şəhərinin yaxınlığında təyyarə qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Azadlığımıza, müstəqilliyimizə gedən yol məhz bu gündən başlayır. İndi fəxrlə deyə bilərik ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Ümummilli Lider Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı alınmaz qala kimi bütün yad təcavüzlərdən qorudu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi və rəşadətli Ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan xalqı düşmən üzərində tarixi Zəfər çaldı. Bu Zəfər sevincinə görə Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əyirik!

Sonra Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Teatr sənəti”, “Milli rəqs”, “Vokal” dərnəklərinin və “Çiçəyim” uşaq teatrının üzvləri mövzuya aid səhnəciklər, rəqslər nümayiş etdirib, şeirlər və mahnılar ifa ediblər.

Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan kapitan, pilot İqor Kşnyakinin qızı Darya Kşnyakina “Azərbaycan” mahnısını səsləndirib. 

Tədbirdə paytaxtımızın müxtəlif orta məktəblərinin şagirdləri iştirak ediblər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Ən son

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü