Nəşr edilmişdir 12/16/2024

Paylaşın

GÜNDƏM

Bakı ilk dəfə “Paxlava və Şirniyyat Festivalı” keçirilib


Hər il Türkiyədə təşkil olunan “Paxlava və Şirniyyat Festivalı” ilk dəfə Azərbaycanda, paytaxt Bakıda keçirilib.
Baki-Baku.az xəbər verir ki, artıq 13-cü dəfə keçirilən festivalın məqsədi milli şirniyyat növü olan paxlavanın tanıdılması, hazırlanması prosesinin göstərilməsi və dadmaq üçün təqdim edilməsidir.
Türkiyənin Paxlava və Şirniyyat İstehsalı Dərnəyi tərəfindən keçirilən festivalda qardaş ölkənin Bakıdakı səfirliyinin müşavirləri, dərnəyin üzvləri, paytaxt sakinləri və turistlər iştirak ediblər.
Dərnəyin rəhbəri Mehmet Yıldırım tədbirin açılışında bildirib ki, Türkiyə və Azərbaycan sadəcə sərhədlərlə deyil, eyni zamanda ürəkdən biri-birinə bağlı iki dost və qardaş ölkədir: “Bu festival iki ölkə arasındakı əlaqələri gücləndirməklə yanaşı, ortaq mədəniyyətimizi bütün dünyaya çatdırmaq üçün əvəzsiz imkan yaradır. İlk dəfə Türkiyə sərhədlərindən kənarda, paytaxt Bakıda keçirilən festival artıq tək ənənəvi yox, həm də beynəlxalq festival statusunu qazanmış oldu. Qarşıdakı illərdə bu festivalın digər türk dövlətlərində və Şimali Kipr Türk Cümhuriyyətində də keçirilməsi nəzərdə tutulur. Bu, ortaq mədəni mirasımızı daha geniş coğrafiyaya çatdırmaq üçün mühüm fürsətdir”.
Festivalda çıxış edənlər diqqətə çatdırıblar ki, paxlava Azərbaycanda da milli şirniyyat növlərindəndir. Vurğulanıb ki, hər iki ölkənin mətbəxi üçün bənzərsiz dəyər olan paxlavanın beynəlxalq tanıtımında bu festivalın rolu böyükdür.
Qeyd edək ki, 13-cü ənənəvi “Paxlava və Şirniyyat Festivalı”nda Türkiyənin bir sıra bölgələrinin şirniyyat növləri tanıdılıb. Həmçinin Bakı, Qəbələ və Şəki paxlavaları başda olmaqla Azərbaycanın da şirniyyat növlərinin tanıdıldığı festivalın ziyarətçilərinə 20 min dilim paxlava paylanılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində yanvarın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti

Ən son

GÜNDƏM

İqlim dəyişikliyi qarşıdakı 20 il ərzində 5.6 milyard insanın həyatını təhdid edəcək.Baki-baku.az xəbər verir ki,

GÜNDƏM

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq,

GÜNDƏM

Bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 251,6 manat təşkil edib.Baki-Baku.az