Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2025

Paylaşın

GÜNDƏM

Bakı Gəmiqayırma Zavodu – 12 ilin uğuru və YENİ MƏRHƏLƏ

IMG-20250922-WA0166

Ötən gün (sentyabrın 20-də) Xəzər hövzəsinin ən böyük və müasir gəmiqayırma müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunun (Baku Shipyard) fəaliyyətə başlamasının 12 ili tamam olub.

Baki-baku.az-ın məlumatına görə, bu müddət ərzində zavod ümumilikdə 11 gəmi inşa edib, 2028-ci ilə qədər isə bu rəqəmin 24-ə çatdırılması nəzərdə tutulur.

Yubiley günündə müəssisə üçün daha bir əlamətdar hadisə baş verib – AD Ports Group ilə Xəzər dənizi üçün iki dayaz su konteyner gəmisinin inşası üzrə müqavilə imzalanıb.

Bu əməkdaşlığın əsas hədəfləri:

·        Transxəzər logistik dəhlizinin gücləndirilməsi,

·        Region ölkələri arasında ticarət həcminin artırılması,

·        Azərbaycanın gəmiqayırma sahəsində beynəlxalq tərəfdaşlıqlarının möhkəmləndirilməsi.

Son illərdə zavod yalnız yeni gəmilərin inşası ilə deyil, həm də mövcud donanmanın təmiri, modernləşdirilməsi və texnoloji imkanlarının genişləndirilməsi ilə diqqət çəkir. Müəssisə hazırda regionda həm neft-qaz sənayesi, həm də yükdaşımalar üçün strateji əhəmiyyətli layihələrin icrasında mühüm rol oynayır.

Qeyd edək ki, 12 ildə əldə olunan nailiyyətlər Azərbaycanın gəmiqayırma sənayesini beynəlxalq miqyasda rəqabət qabiliyyətli edən əsas baza formalaşdırıb. Yeni müqavilələr isə gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Что мы о них знаем?

Ən son

HƏR ŞEYDƏN

Müasir dövrdə həyatın sürəti heç vaxt olmadığı qədər artıb. Texnologiya, sosial şəbəkələr, qlobal imkanlar insanlara

HƏR ŞEYDƏN

Müasir dövrdə həyatın sürəti heç vaxt olmadığı qədər artıb. Texnologiya, sosial şəbəkələr, qlobal imkanlar insanlara
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin