Nəşr edilmişdir 12/31/2024

Paylaşın

GÜNDƏM

Bakı gecələrini yeni il ərəfəsində rəngləyən küçə musiqiçiləri

CB3A367A-8DC2-4508-9D3D-73A640D416F4

Bakı yeni ilin – 2025-ci ilin astanasındadır. Şəhərin hər yerində, xüsusən də, mərkəzi küçə və parklarında, o cümlədən Dənizkənarı Milli parkda Yeni il ab-havası var. Bəzəkli yolkalar, rəngbərəng işıqlar, küçədə insanlarla şəkil çəkdirən Şaxta baba, Qar qız və digər yeni il qəhrəmanları bayram əhval-ruhiyyəsi yaradır. Bunu da qeyd etmək lazımdır ki, hazırda şəhərdə yerli sakinlərdən başqa, çoxlu turist də var. Xüsusən də, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası – COP29 keçiriləndən sonra ölkəmizə, şəhərimizə turist axını çoxalıb. Turist və yerli sakinlərin axşam gəzintilərini rəngarəng etmək, onlara xoş əhval vermək üçün mərkəzi küçələrimizdə həm də musiqiçilər öz töhfələrini verirlər. Bu, əlbəttə ki, insanlarda pozitiv ruh yaradır.


Baki-Baku.az xəbər verir ki, Bakının əsasən mərkəzində – Nizami küçəsində fəaliyyət göstərən, performans göstərən küçə musiqiçilərini insanlar həvəslə izləyir. Hətta onlara qoşulub mahnı oxuyanlar da az deyil. Musiqiçilərdən bəzilərinin istedadı lap yüksək səviyyədədir. Yeri gəlmişkən, dünyada ilk dəfə küçə musiqisinin təbliğatçıları Hindistandan çıxan qaraçılar olub. 19-cu əsrdən Amerikaya miqrant axını başladı və bunun fonunda orada küçə musiqiçiləri çoxaldı. Bundan sonra küçə musiqisi dəb halını almağa başladı. Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda küçə musiqiçiləri küçədə öz istedadlarını nümayiş etdirməklə onları dinləyən insanların ruhunu oxşayır, özləri isə bu sənətdən pul qazanırlar. Belə demək olarsa, hazırda Bakı küçələrində həmin o musiqiçilər açıq havada konsert verirlər. Ətraflarına izdihamın toplaşdığını görən, sevgi ilə alqışlandığını görən musiqiçilər isə hiss olunur ki, işlərindən daha çox zövq alır, bunu daha da keyfiyyətli etməyə çalışırlar. Beləliklə, bayram günlərində Bakı əhli həm şəhərin gözəlliyindən, həmçinin də incəsənətdən zövq alır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.Baki-Baku.az xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının

Ən son

GÜNDƏM

1999-cu ilə Bakı yollarına aid fotolarda o dövrün nəqliyyat sektorundakı çətinlikləri aydın şəkildə görmək olar.

GÜNDƏM

Ulu varlığın ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq