Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2025

Paylaşın

GÜNDƏM

Bakı böyüyür, məsuliyyət artır: JEK-ə ödənişlər niyə vacibdir?

Bakı günü-gündən gözəlləşir, yeni binalar ucalır, yollar genişlənir, parklar salınır. İnfrastrukturun inkişafı şəhərin simasını dəyişdirdikcə, burada yaşayan insanların gündəlik həyatında da yeni tələblər yaranır. Buna ən sadə nümunə kimi təmizliyi göstərmək olar.
Baki-baku.az xəbər verir ki, artan əhali sıxlığı, çoxmənzilli binaların artması fonunda həyətlərin abad saxlanması, zibilin vaxtında daşınması, liftlərin işlək olması, damların qorunması və ümumi əmlakın saxlanması hər zamankından daha böyük əhəmiyyət kəsb edir.
Bütün bu proseslərin həyata keçirilməsi üçün JEK dediyimiz, yəni Mənzil Kommunal İstismar Sahəsinin fəaliyyəti mühümdür. Onlar hər gün yüz minlərlə insanın həyatını rahatlaşdıran işlərin təşkili üçün çalışırlar. Amma son zamanlar insanlar yaşadıqları ərazilərdə görülən işlər üçün lazım olan kiçik məbləğdə ödənişləri etməkdən yayınır.

Qanun nə deyir?

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs, dövlət orqanları və bələdiyyələr daxil olmaqla, yaşayış sahəsinə və kommunal xidmətlərə görə nəzərdə tutulan məbləği vaxtında ödəməyə borcludur.
Qanunda ayrıca vurğulanır ki, mənzildən istifadə edilməməsi ödəniş etməməyə əsas deyil. Yəni bir mənzildə heç kim yaşamasa belə, o bina ümumi sistemin bir parçasıdır və saxlanma xərclərində iştirak etməlidir.

Bakı kimi böyük şəhərdə ödənişlərin rolu

Bakı yalnız Azərbaycanın deyil, bütün regionun ən sürətlə inkişaf edən şəhərlərindən biridir. Bu şəhərdə çoxmənzilli binaların sayı ildən-ilə artır. Hər yeni bina isə təmizlik, abadlıq, texniki xidmətlərlə əlavə məsuliyyət yaradır.
Bu səbəbdən də ödənişlərin zamanında edilməsi vacibdir. Əks halda binanın girişləri baxımsız qalar, zibil vaxtında daşınmaz, liftlərin təmiri gecikər, hətta sıradan çıxma riski artar. Həmçinin dam örtüyü, elektrik xətləri, su boruları vaxtında təmir olunmaz, həyətlərdə abadlıq işləri həyata keçirilməz.
Bu isə təkcə bir ailənin deyil, bütün binanın həyat keyfiyyətinə zərbə vurar.
Tutaq ki, 10 mərtəbəli binada dam örtüyü sıradan çıxıb və təmir üçün müəyyən məbləğ tələb olunur. Sakinlərin bir qismi ödənişdən yayınırsa, o təmir ya gecikir, ya da keyfiyyətsiz şəkildə aparılır. Nəticədə yağış suları yuxarı mərtəbələrdə yaşayan ailələrin mənzilinə axır, divarlar zədələnir, küf yaranır.
Eyni hal həyətlərin işıqlandırılmasında, tullantıların daşınmasında və hətta təhlükəsizlik məsələlərində özünü göstərir.

Ödəniş – qonşuluq mədəniyyətinin göstəricisi

JEK-lərə ödəniş etmək yalnız hüquqi öhdəlik deyil, həm də sosial məsuliyyətdir. Çünki binanın ümumi əmlakı bütün sakinlərə məxsusdur. Pilləkənlərdən, həyətdən, liftlərdən hamı istifadə edir. Ödəniş etməyənlər əslində qonşularının haqqına girmiş olur.
Bir binada bütün sakinlər ödəniş etdikdə, idarəedici qurum da məsuliyyətini yerinə yetirir: həyət təmiz saxlanır, liftlər yenilənir, zibil vaxtında daşınır, ümumi abadlıq qorunur. Bu, birgəyaşayış mədəniyyətinin ən əsas nümunələrindən biridir.

Bakının gələcəyi üçün öhdəliyimizi unutmayaq

Mənzil Kommunal İstismar Sahəsinə ödəniş sadəcə bir rəsmi prosedur deyil, Bakının inkişafına töhfədir. Çünki şəhər böyüdükcə, təmizliyə, qaydaya, təhlükəsizliyə tələbat da artır. Vaxtında edilən ödənişlər mənzillərimizin təmiz və abad qalması, uşaqlarımızın daha təhlükəsiz həyətlərdə oynaması, şəhərimizin simasının qorunması deməkdir.
Unutmayaq ki, Bakı bizim ortaq evimizdir. Hər birimizin vaxtında etdiyi ödəniş bu evin gələcəyinə qoyulan kiçik, amma dəyərli bir sərmayədir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Свадьбы на протяжении тысячелетий оставили глубокий след в памяти азербайджанского народа, сопровождаясь богатым набором обычаев и традиций

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az bildirir ki, bu cazibədar “gülümsəmə” arxasında daha qaranlıq və şokedici bir həqiqət gizlənir

HƏR ŞEYDƏN

Baki-baku.az bildirir ki, bu cazibədar “gülümsəmə” arxasında daha qaranlıq və şokedici bir həqiqət gizlənir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin