Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/23/2025

Paylaşın

MEMARLIQ

Bakı artıq irəlidə olana çatmaq üçün çalışmır, özü ön sıradadır – ARXİV FOTOLAR


Əgər Tom Müller yenidən fotokamera ilə Bakı bulvarına təşrif buyursaydı, sadəcə çəkiliş etməklə kifayətlənməz, gördüklərini alqışlayardı.
Layihədə böhranın idarə edilməsi üzrə menecer Tom Müller 1993–1995-ci illərdə Amoco korporasiyasında çalışıb, hansı ki, neft və qazla zəngin ölkə olan Azərbaycan həmin şirkətlə neft-qaz yataqlarının işlənməsi üzrə müqavilə bağlamağa çalışırdı.
Azərbaycan üçün olduqca ağır olan bir dövrdə bütün bu hadisələr baş verirdi – əvvəlcə Sovet İttifaqının dağılması, sonra Qarabağ münaqişəsi, ərazi itkisi, yüz minlərlə məcburi köçkün və qaçqın, dağınıqlıq və qeyri-sabit siyasi vəziyyət.
Baki-baku.az onlayn nəşri azerhistory.com-a istinadən xəbər verir ki, 1993-1995-ci illərdə Amoco şirkəti Azərbaycanda əsasən neft yataqlarının kəşfi və işlənməsi sahəsində fəaliyyət göstərirdi.
Şirkət həmin dövrdə Xəzər dənizi regionundakı yataqların ilkin kəşfi mərhələsində mühüm rol oynayırdı, Azərbaycanın neft sənayesinin inkişafına töhfə verirdi. Görülən işlər tərəfdaşlıq əlaqələrinin qurulmasına, böyük beynəlxalq neft layihələrinin icraatına yol açdı və əhəmiyyətli xarici investisiyaların cəlb olunmasına, ölkənin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə imkan yaratdı.
Müller Bakıda yalnız əmək fəaliyyətilə məşğul olmurdu,o, həmçinin aktiv şəkildə fotolar çəkirdi. O, “Köhnə Inturist” otelində qalırdı, orada Müllerin çalışdığı şirkətin müvəqqəti ofisi yerləşirdi və şirkət əməkdaşları yaşayırdı.
“Həmin dövrdə yaşamaq üçün kifayət qədər seçim yox idi. Bu otelin döşəmələri taxta parket və işıqlandırılması zəif idi. Dəhlizlərdən iri və xırda xalçaları təmizləmək üçün istifadə olunan kimyəvi məhlulların və spirtin iyi”, — Müllerin xatirələrindən danışanda deyirdi.
Tom Müller tez-tez Bakının o zaman bərbad vəziyyətdə olan bulvarına gedirdi.
“Bulvardakı park əsasən limanda dayanan gəmilər səbəbindən neftlə çirklənirdi. Bundan əlavə, Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar vaxtaşırı köhnə tikililər su altında qalırdı” – Müller bildirmişdi.
Yerli sakinləri Bulvarın dağınıq hala düşməsi o qədər də ciddi şəkildə narahat etmirdi: illər keçdikcə buna alışmışdılar və bulvar yenə də onların sevimli istirahət yeri olaraq qalırdı.
1993-cü ildə bulvarda hələ də uşaqlar üçün köhnə attraksionlar mövcud idi. Bulvarda bəzən balıq tutan balıqçıları görmək olardı. Müller bütün bunların hamısını fotokamera ilə çəkirdi. O, bulvarda gəzərkən qarşı tərəfdə yerləşən Hökumət Evinin binasını da lentə almışdı.
Bakılılar tərəfindən sevilən funiklyor da Müllerin kamerasının obyektivinə yol tapdı, hansı ki, çəkilən şəkillərdə də 1993-cü ildən indiyə qədər orada bir neçə dəfə yenidənqurma və təmir işlərinin aparılması da öz əksini tapıb.

Tom Müller 2013-cü ildə Bakıya qayıdıb gələndə paytaxtın görkəmindəki dəyişikliklər onu xeyli heyran edib. Onun 1993-cü ildə çəkdiyi fotoşəkillər bu gün tarixi dəyərə sahibdir.
Bakı bu gün dünyanın bir çox paytaxt şəhərlərindən irəlidədir. Bu şəhər təkrarlamır, yaradır. Digər şəhərlər məxsusilik uğrunda mübarizə apardığı zaman, Bakı özünəməxsusluğunu artıq tapıb və onu qürurla nümayiş etdirir. Görəsən, Tom Müller bu gün Bakını hazırkı əzəmətində, 30-40 il bundan əvvəl yalnız xəyal edildiyi rənglərdə görsəydi, nə deyərdi?

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu proses adətən qum dənəsinin təsadüfən daxil olması ilə deyil, parazitin hücumu ilə başlayır