Yolun kənarından bir bağayarpağı qoparıb yaraya qoyursunuz. Bu, həyətdə böyüyənlərin “klassik” təbabəti. Bəs bu, doğrudanmı təhlükəsizdir?
Baki-baku.az xəbər verir ki, bir sıra laboratoriya təcrübələrində bağayarpağı ekstraktı ilə işlənmiş yaralarda doğrudan da sağalma prosesinin sürətləndiyi müşahidə olunub.
Amma vacib bir məqam var: yarpığın özündəki faydalı maddələrin miqdarı, ekstraktla müqayisədə onlarla dəfə azdır. Üstəlik, təzə qoparılan yarpağın səthində toz, yol kənarı çirkləri və heyvan nəcislərindən gələn mikroblar, o cümlədən təhlükəli bakteriyalar ola bilər. Nəticə? İnfeksiya və iltihab riski.
Ən yaxşısı qanı təmiz salfetlə saxlayın və əgər bitki əsaslı vasitə istəyirsinizsə, onun yeri aptekdir, çəmənlik yox.
Hacı Cavadov