Nəşr edilmişdir 04/13/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazandı

IMG-20250413-WA0290(1)

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Baki-baku.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslüm Amayevi məğlub edib.

Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

11 Baxış sayı , 1 views today

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qıdıq – insan və bəzi heyvanların dərisinə toxunma nəticəsində yaranan, qəfil gülüş və reflektor hərəkətlərlə müşayiət olunan hissdir

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində mayın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində mayın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.