Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

“AzərEnerji”: Müasir enerji sistemlərinin idarə olunmasında qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynayır

WUF13

Ənənəvi enerji mənbələrinin bərpaolunan enerji ilə səmərəli inteqrasiyası yalnız müasir rəqəmsal infrastruktur və inkişaf etmiş kommunikasiya platformaları vasitəsilə mümkün ola bilər.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – World Urban Forum 13 çərçivəsində təşkil olunan “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” adlı tədbirdə çıxışı zamanı AzərEnerji ASC-nin sədr müavini Rüstəm Qasımov bildirib.

Onun sözlərinə görə, müasir enerji sistemlərinin effektiv idarə olunması üçün qabaqcıl rəqəmsal həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, hazırda dünya enerji bazarında ən müasir yanaşmalardan biri hesab olunan yeni nəsil idarəetmə və proqram təminatı sistemi Azərbaycanda da tətbiq edilir.

R.Qasımov vurğulayıb ki, həmin sistem yalnız elektrik şəbəkəsinin monitorinqi və idarə edilməsini deyil, həm də enerji infrastrukturunun modelləşdirilməsi və rəqəmsal analizinə imkan verən 18 müxtəlif aləti özündə birləşdirir.

O əlavə edib ki, rəqəmsal idarəetmə platformaları enerji sistemlərinin dayanıqlığının artırılması və ümumi səmərəliliyin yüksəldilməsində vacib rol oynayır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova World Urban Forum 13 çərçivəsində keçirilən “UNESCO-nun

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin