Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

Mədəniyyət

Azərbaycanla Özbəkistan arasında mədəniyyət və təhsil sahəsində yeni əməkdaşlıq sənədi imzalanıb

Özbəkistan

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Musiqi təhsili: Qlobal miqyasda vahid məkana doğru” mövzusunda beynəlxalq forum çərçivəsində “Mədəniyyət təhsilində süni intellektin əhəmiyyəti” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə Baki-baku.az Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məlumat (ADMİU) verilib.

Bildirib ki, forum çərçivəsində ADMİU nəzdində Humanitar Kollecin direktoru dosent Nərmin Qaralovanın rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu ilə ADMİU nəzdində Humanitar Kollec arasında rəsmi əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum müəllim və tələbələrin beynəlxalq təcrübə mübadiləsi, birgə elmi-metodik layihələrin həyata keçirilməsi, ustad dərsləri, konsert və festivalların təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Forum çərçivəsində keçirilən beynəlxalq elmi-praktik konfransda Nərmin Qaralova “Milli kimliyin qorunub saxlanılması və mədəniyyətlərarası inteqrasiyanın inkişafı faktoru kimi musiqi təhsili” mövzusunda məruzə ilə çıxış edib. Məruzə forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və forumun elmi toplusunda da nəşr olunub.

Beynəlxalq forumda fəal elmi iştirakına və akademik əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Nərmin Qaralova Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu tərəfindən xüsusi sertifikatlarla təltif olunub. Həmçinin ona musiqi təhsilinin inkişafı, innovativ metodların təşviqi və müasir elmi-mədəni dialoqa verdiyi töhfələrə görə Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanmış beynəlxalq sertifikat təqdim edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində müəllim və tələbələr üçün “Şəhərsalmanın

Ən son

GÜNDƏM

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış

GÜNDƏM

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin