Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/26/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Mehriban xanım Əliyeva, Mehriban Əliyeva

Avqustun 26-sı Azərbaycan xalqı üçün xüsusi bir gündür. Bu gün dövlətimizin inkişafı, xalqımızın rifahı və gələcək nəsillərin daha işıqlı sabahı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm, xeyirxahlıq və bəşəri dəyərləri özünə rəhbər tutan ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyeva yalnız dövlət xadimi kimi deyil, həm də bir ziyalı, mədəniyyət və incəsənətin himayədarı, milli-mənəvi dəyərlərin qoruyucusu, xeyirxah missiyaların təşəbbüskarı kimi xalqın qəlbində xüsusi yer tutub. Onun rəhbərliyi ilə həyata keçirilən sosial layihələr, təhsil, səhiyyə və mədəniyyət sahələrinə verdiyi dəstək, həmçinin bütün dünyada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində apardığı fəaliyyət millətimiz üçün böyük əhəmiyyət kəsb edir.

Mehriban xanımın şəfqəti, səmimiyyəti və xalqa olan sevgisi sayəsində o, bu gün hər bir azərbaycanlının qəlbinə yol tapıb. Onun timsalında biz müasir Azərbaycan qadınının zəka, fədakarlıq, xeyirxahlıq və nəciblik simvolunu görürük.

Bu əlamətdar gündə Baki-baku.az saytının bütün kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, dövlətimiz və xalqımız naminə gördüyü nəcib işlərdə, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Один из них связан с визитом первого космонавта Юрия Гагарина в Великобританию и его участием в приёме, организованном