Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

Mədəniyyət

Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır

Könüllü, “İrs Dostu”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “İrs Dostu” könüllü proqramına qəbul elan edir.

Baki-baku.az xəbər verir ki, “İrs Dostu” könüllü proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakının təşviqi, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, eləcə də mədəni irsə ictimai marağın daha da artırılmasına töhfə verməkdir.

Proqram Dövlət Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələri, tabeli müəssisələri, həmçinin qoruq və muzeyləri əhatə etməklə, ümumilikdə ölkənin bütün regionlarında 140-dan çox müəssisədə təşkil olunacaq. Könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması, təşkilati dəstək və digər istiqamətlər üzrə müxtəlif proseslərdə iştirak edəcəklər.

Könüllülər üçün fəaliyyət müddətində xüsusi təlimlər təşkil olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək.

“İrs Dostu”na cəlb olunacaq könüllülər yaradılması nəzərdə tutulan “İrs Dostu” vahid şəbəkəsinin tərkib hissəsi olacaqlar. Belə ki, bu şəbəkə mədəni irsin qorunması sahəsində müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan vahid ekosistemin formalaşdırılmasını nəzərdə tutur.

Mədəni irsimizin qorunmasına töhfə vermək istəyən gənclər üçün yeni inkişaf platforması olan “İrs Dostu”na könüllülərin seçimi müsahibə əsasında həyata keçiriləcək. Müsahibə zamanı namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət, ofis proqramlarında və komandada işləmə bacarıqları qiymətləndiriləcək.

“İrs Dostu” könüllüsü olmaq istəyən 18-35 yaş arası gənclər öz CV-lərini və motivasiya məktubu volunteer@heritage.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Mədəni irsimizin qorunmasına töhfə vermək və bu sahədə yeni təcrübə qazanmaq istəyən bütün gəncləri “İrs Dostu” proqramına qoşulmağa dəvət edirik.

Könüllü, “İrs Dostu”

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Hamı üçün layiqli mənzil təminatı” üzrə sessiyalararası görüş baş

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin