Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

Azərbaycanda mina qurbanlarının 362-si uşaq və gənclər, 38-i isə qadınlardır

Samir Poladov, WUF13

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan ilkin qiymətləndirmələr nəticəsində bir milyondan artıq minanın mövcud olduğu müəyyən edilib.

Baki-baku.az xəbər verir ki, bu barədə Samir Poladov Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində Azərbaycan Pavilyonunda təşkil olunan “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, 1991-ci ildən 2020-ci il noyabrın 10-dək mina partlayışları nəticəsində 2418 nəfər yaralanıb, 530 nəfər həyatını itirib. Bundan əlavə, klaster sursatları səbəbindən yaralanan və ya həlak olanların sayı 131 nəfər təşkil edib.

Samir Poladov qeyd edib ki, 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 22-dək mina hadisələri nəticəsində 352 nəfər yaralanıb, 73 nəfər isə həlak olub.

Onun sözlərinə görə, ümumilikdə mina qurbanlarının sayı 3500 nəfəri ötüb. Zərərçəkənlər arasında 362 uşaq və gənc, 38 qadın var.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mayın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin

Ən son

GÜNDƏM

Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa

GÜNDƏM

Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin