Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/03/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başlayır

IMG-20250903-WA0008

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Baki-baku.az xəbər verir ki, görüşdə çıxış edən teatrın direktoru Naidə İsmayılzadə kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Direktor növbəti ildə hazırlanacaq yeni səhnə əsərlərindən, kollektiv iş prosesinin vacibliyindən, söhbət açıb.

“Ötən mövsümdə sənət ocağı yeddi yeni tamaşa təqdim edib. Həmçinin teatrın bölgə və festivallara uğurlu qastrol səfərləri reallaşıb.

Növbəti aylarda teatrımızda Mirzə Fətəli Axundzadənənin “Hacı Qara” pyesi əsasında eyniadlı səhnə əsərinin, eləcə də uşaqlar üçün nəzərdə tutulan “Küllücə” nağılı əsasında eyniadlı tamaşanın məqşlərinin başlanılması nəzərdə tutulur”,- deyə direktor əlavə edib.

Daha sonra teatrın rəhbərliyi və kollektivi əlbisə sexinin işçisi Tamilla Əliyevanı 65 illik yubileyi münasibəti təbrik ediblər.

Toplantıda teatrın tərəfdaşları Səbail rayon İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, “ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin, ”Böyük Qayıdış Gənclər Təşkilatı” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Teatrın yaradıcı heyəti səmərəli fəaliyyətlərinə görə tərəfdaşlar tərəfindən təsis edilmiş diplom və mükafatlarla təltif olunublar.

Eləcə də 2025-ci ildə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı tərəfindən təsis olunmuş “Alqış” mükafatı teatrın ötən mövsümdə ən yaddaqalan və uğurlu tamaşası “Şah Abbas Namə”nin yaradıcı heyətinin bir hissəsinə təqdim olunub.

Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 19-da saat 19:00-da “Solğun çiçəklər” tamaşası ilə açacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində sentyabrın 4-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində sentyabrın 4-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email