Nəşr edilmişdir 03/06/2025

Paylaşın

GÜNDƏM

“Azdrama” tamaşalarına başqa teatrlardan aktyor dəvət olunması iddialarına münasibət bildirib

IMG-20250306-WA0209

Akademik Milli Dram Teatrı tamaşalarına başqa teatrlardan aktyor dəvət olunması iddialarına münasibət bildirib.
Baki-baku.az xəbər verir ki, teatr bu barədə sosial media hesabında məlumat yayıb.
Məlumata görə, “Azdrama”ya başqa teatrdan dəvət olunduğu iddia olunan aktrisa Günəş Tegin artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır:
“Son iki il ərzində Akademik Milli Dram Teatrı öz truppasını genişləndirmək və yeniləndirmək üçün gənc aktyorları cəlb edib. Məsələn, “Baş” tamaşasına kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur. Bu proses gələcəkdə də davam edəcək”.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan tamaşaya teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün aktrisa Günəş Tegini dəvət edib.
Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova və digər bir neçə teatr əməkdaşı bu faktla bağlı etirazını bildirib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

Ən son

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.