Nəşr edilmişdir 03/13/2025

Paylaşın

GÜNDƏM

AZAL yeni onlayn xidmətlər təqdim edir

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) xidmət keyfiyyətini daha da artırmaq məqsədilə “GetTransfer”, “Airalo” və “Booking” platformaları ilə əməkdaşlıq çərçivəsində müştərilərinə əlavə imkanlar yaradır.
Baki-baku.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, “GetTransfer” platforması vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.
“Airalo” platforması isə sərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində yaxınları ilə əlaqə saxlamağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti aradan qalxır.
“Booking” platforması isə sərnişinlərə hotel rezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdıra bilərlər.
AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdə tutulub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”