Nəşr edilmişdir 12/30/2024

Paylaşın

GÜNDƏM

AZAL Rusiyanın hansı şəhərlərinə uçuşları davam etdirir?

şəhərlərinə uçuşları davam etdirir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirir.
Bu barədə Baki-baku.az AZAL-a istinadən xəbər verir.
Məlumata görə, dekabrın 28-dən AZAL Rusiyanın 5 şəhərinə – Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samaraya uçuşları dayandırıb.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Roma Papası Fransisk vəfat edib.

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

GÜNDƏM

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.