Nəşr edilmişdir 01/14/2025

Paylaşın

GÜNDƏM

AZAL: Gəncəyə yönləndirilən təyyarələr Bakıya yola düşür

AZAL

Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.
Baki-baku.az “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.
Heydər Əliyev Beynəlxaq Aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən Bakıya yola düşəcək.
Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 80 il ötür.

Ən son

GÜNDƏM

İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibələrdən biri idi.

GÜNDƏM

İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibələrdən biri idi.