Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/19/2024

Paylaşın

GÜNDƏM

AZAL Bakı-Naxçıvan-Bakı aviareysinin sərnişinlərinə müraciət edib

02a3677b-911b-473c-9f28-efe3c7ac6cfb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı aviareysinin sərnişinlərinə müraciət edib.
Baki-Baku.az AZAL-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ənənəvi olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə tələbat artır. Bununla əlaqədar olaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu müddət ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.
Mülki aviasiyada pik dövrlər hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Sərnişinlərə rahatlığı təmin etmək və ən uyğun uçuş vaxtını seçmək üçün aviabiletləri öncədən almaq məsləhət görülür.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiq vasitəsilə və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən “İcon-karaoke”

Ən son

GÜNDƏM

Azərbaycan tarixin, mədəniyyətin və memarlığın iç-içə keçdiyi, daşlarının belə hekayə danışdığı bir məkandır.

GÜNDƏM

Azərbaycan tarixin, mədəniyyətin və memarlığın iç-içə keçdiyi, daşlarının belə hekayə danışdığı bir məkandır.