Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.
Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir.
Bildirilir ki, dekabrın 19-da saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 12, Şabran, Quba, Şəki, Zaqatala və Balakəndə 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Altıağacda 20, Qrızda 12, Xaltanda 10, Şamaxıda 7, Qusarda 6, Qax(Sarıbaş) və Şahbuzda 5, Şahdağ və Qobustanda 4 sm olub.
Bəzi yerlərdə arabir güclü qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Daşkəsəndə 28 m/s, İsmayıllıda 26 m/s, Kəlbəcərdə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Qobustan, Şəki, Oğuz və Qəbələdə 20 m/s, Mingəçevirdə 19 m/s, Naftalan və Şamaxıda 18 m/s, Tərtərdə 16 m/s-dək güclənib.
“Neft Daşları” stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Sumqayıt, Göyçay, Şamaxı, Qobustan, Qrız və Lerikdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 19-da axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.