Nəşr edilmişdir 01/16/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanın bəzi bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Saat 09:30-a olan məlumata əsasən, bəzi şimal və şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub.
Düşən yağıntının miqdarı Astara, Lənkəranda 6, Neftçala, Oğuzda 4, Şamaxı, Qobustanda 3, Qəbələ, Göyçay, Balakən, Zaqatala, Şəki, Quba, Qrız, Biləsuvar, Şabran, Xaçmaz, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm qeydə alınıb.
Yevlax, Göyçay, Lerik, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Şəmkir, Naftalan, Göygöl, Naxçıvan, Sumqayıt, Qax, Qrızda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 8 dərəcəyədək şaxtadır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Ən son

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü