Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən Dialoqda iştirak edir

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib.
Baki-baku.az xəbər verir ki, nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya və BƏƏ-yə təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb. O qeyd edib ki, Bakıda keçirilmiş COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub və qəbul edilən Bakı Maliyyə Məqsədi qlobal iqlim maliyyələşməsində tarixi dönüş nöqtəsi sayılır.
Adil Kərimli Azərbaycanın təqdim etdiyi “Culture for Climate” (C4C) təşəbbüsünü xatırladaraq, sabah başlayacaq Bakı İqlim Həftəsində də mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolunun müzakirə ediləcəyini bildirib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli”, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları və Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini göstərir.
Çıxışın sonunda o qeyd edib: “Mədəniyyət və ətraf mühit bir-birindən ayrılmazdır. Birgə səylərlə gələcək nəsillər üçün daha dayanıqlı dünya qura bilərik.”

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, layihənin dəyəri 429 min manatdan çoxdur.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Payız aylarının sevilən, lakin hələ də tam dəyəri bilinməyən meyvələrindən biri də innabdı

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Payız aylarının sevilən, lakin hələ də tam dəyəri bilinməyən meyvələrindən biri də innabdı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin