Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/17/2025

Paylaşın

GÜNDƏM, SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

Şimali Makedoniya, Afrim Qaşi, Şimali Makedoniya Respublikası Assembleyası

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.
Baki-baku.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub, bu xüsusda Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olunub.
Qonaq vurğulayıb ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.
Görüşdə ölkələr arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparılıb, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Milyon fil və ağ çətir” – yox olmuş bir krallığın ən ali mükafatı

Ən son

GÜNDƏM

Baki-baku.az-ın aidiyyəti üzrə müraciətindən sonra Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən səkinin standartlara uyğunluğu

GÜNDƏM

Baki-baku.az-ın aidiyyəti üzrə müraciətindən sonra Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən səkinin standartlara uyğunluğu