Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/08/2026

Paylaşın

İdman

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib

WhatsApp Image 2026-06-08 at 11.21.16

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib.

Baki-baku.az xəbər verir ki, AHİK-in üzv təşkilatlarının komandaları arasında keçirilən yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, ölkə başçısı tərəfindən uğurla davam etdirilən idman siyasətindən söz açıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılar üçün yaradılan geniş imkanlardan danışıb. Vurğulanıb ki, bu gün Azərbaycan dünyanın aparıcı idman mərkəzlərindən biridir və nüfuzlu beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edir.

AHİK sədrinin müavini bildirib ki, “Sağlam həmkar” minifutbol turnirinin keçirilməsi sağlam həyat tərzinin təşviqi, kollektiv həmrəyliyin və komanda ruhunun gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili məqsədi daşıyır.

İdman tədbirində AHİİTA-nın idman bölmələrinin idmançıları tərəfindən nümunəvi idman çıxışları nümayiş etdirilib.

Sonra turnirin ilk oyunlarına start verilib. Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda 4 qrup üzrə mübarizə aparır.

Turnirə iyulun 10-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoy olduqca məşhur povesti "İvan İliçin ölümü" əsəri üzərində düz dörd il –

Ən son

İdman

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA)

İdman

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin