Nəşr edilmişdir 10/17/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Avtomobillərdə ən çox saxtalaşdırılan ehtiyat hissələri hansılardır?

Avtomobil

Avtomobil bazarında ən çox saxtalaşdırılan komponentlər müntəzəm texniki xidmət üçün istifadə olunan hissələrdir.

Baki-baku.az bu barədə Tarantas.news-a istinadən xəbər yayır.
Rusiyalı avtomobil mütəxəssisi Mixail Makovey bildirib ki, risk zonasında – avtomobilin texniki xidməti zamanı mütəmadi olaraq dəyişdirilməsi tələb olunan filtrlər, alışdırma şamları, əyləc sistemi və asqı hissələridir.
Ekspertin bildirdiyinə görə, həm orijinal elementlər, həm də tanınmış Avropa və Asiya brendlərinin məhsulları saxtalaşdırılır.
“Ən pis hallarda saxta ehtiyat hissələri parametrlərə uyğun gəlmədiyinə görə avtomobilə quraşdırmaq mümkün olmayacaq. Bundan əlavə, onlar nəqliyyat vasitəsinin qovşaq və aqreqatlarının sıradan çıxmasına səbəb ola bilər”, – deyə mütəxəssis qeyd edib.
“Saxta ehtiyat hissələrinin alınması riskini azaltmaq üçün onları rəsmi dilerlərdən, yaxud da etibarlı satıcılardan almaq lazımdır”, – deyə mütəxəssis fikrinə yekun vurub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, onların sırasında yunan şəhəri mənasını verən Şəhri-yunanın da adı çəkilir.

Ən son

GÜNDƏM

Paytaxt məktəblərində monitorinqlər davam etdirilir.