Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/11/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Bakının qulaqları”: əsrlərdir şəhəri seyr edən sirli dağ

Paytaxtımızdan bir qədər aralıda xalq arasında “Bakının qulaqları” adlandırılan qeyri-adi bir dağ var. Onun iki zirvəsi sanki yerdən boylanan nəhəng qulaqları xatırladır. Dağın ən maraqlı cəhəti isə zahiri görünüşü deyil, sirlər, əfsanələr və bir çoxlarına məlum olmayan faktlarla zəngin tarixidir.

Dağ Qaradağ rayonunda, Korgöz qəsəbəsinin yaxınlığında, Puta burnundan təxminən 8,5 kilometr məsafədə yerləşir. Zirvələrinin hündürlüyü təxminən 398 və 384 metrdir. Vaxtilə bu zirvələr Bakıya yaxınlaşan səyyahlar və dənizçilər üçün təbii istiqamət göstəricisi rolunu oynayıb.

Tədqiqatçılar hətta ehtimal edirlər ki, dağ genuyalı xəritəşünas Veskonte Macolonun 1519-cu ildə tərtib etdiyi Xəzər dənizi xəritəsində də təsvir olunub. Bəzi hesablamalara görə, onun siluetini 40 kilometrədək məsafədən görmək mümkündür.

Dağın adı ilə bağlı maraqlı bir əfsanə də var. Rəvayətə görə, vaxtilə burada karvanları qarət edən quldurlar gizlənirmiş. Onların Bakıda öz adamları var imiş və həmin şəxslər şəhərdə baş verənlər barədə quldurlara məlumat çatdırırmış. Deyilənə görə, “Bakının qulaqları” adı da məhz buradan yaranıb. Digər bir rəvayətə əsasən isə dağın zirvələrində qədim ticarət yolları ilə hərəkət edən karvanların yaxınlaşmasını izləmək üçün gözətçi məntəqələri yerləşirmiş.

Dağın sovet dövrünə aid sirləri də az deyil. Yaşlı sakinlərin söylədiklərinə əsasən, İkinci Dünya müharibəsindən sonra onun zirvələrində Lenin və Stalinin büstləri qoyulub. Bəzi iddialara əsasən, Stalinin büstü 1961-ci ildən sonra sökülüb. Burada məxfi radiolokasiya stansiyasının yerləşdiyi barədə də söhbətlər dolaşır. Bu məlumatların isə hələlik sənəd üzərində təsdiqi yoxdur. Məlum olan başqa bir fakt isə budur ki, sovet illərində bakılılar 1 May bayramı günlərində bu dağa qalxmağı sevirmişlər.

Hətta 1973-cü ildə Bakı yaxınlığında baş verən An-24 sərnişin təyyarəsinin qəzasını da bu dağla əlaqələndirirdilər. Arxiv məlumatlarından isə bəlli olur ki, təyyarə dağda deyil, Binə hava limanının yaxınlığında qəzaya uğrayıb.

Bu qeyri-adi dağ tədqiqatçı alimlərin də marağına səbəb olub. Hələ 1937-ci ildə nəşr olunmuş geoloji ədəbiyyatda dağın quruluşu təsvir edilib. Burada qədim molyuskların daşlaşmış qalıqları aşkar olunub, geoloqlar ərazidəki əhəngdaşlarını və gilli süxurları tədqiq ediblər. Dağın yamaclarında yovşan, ardıc və kəklikotu bitir, tülkülərə, dovşanlara və kərtənkələlərə rast gəlinir. 2023-cü ildə isə dağın yaxınlığında yüzə yaxın idmançının iştirak etdiyi qayayadırmanma festivalı da keçirilib.

Bu qeyri-adi dağ haqqında Azərbaycan yazıçısı Qılman İlkin də yazıb. Bir çox bakılı üçün isə onun silueti uşaqlıq illərindən tanışdır. “Bakı qulaqları” bu gün də paytaxtın ətrafında əzəmətlə ucalır. Sanki əsrlər boyu dəyişən Bakının səsini dinləyir.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub.

Ən son

HƏR ŞEYDƏN

Paytaxtımızdan bir qədər aralıda xalq arasında “Bakının qulaqları” adlandırılan qeyri-adi bir dağ var. Onun iki

HƏR ŞEYDƏN

Paytaxtımızdan bir qədər aralıda xalq arasında “Bakının qulaqları” adlandırılan qeyri-adi bir dağ var. Onun iki
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin