Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/16/2026

Paylaşın

İdman

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

IMG-20260616-WA0022

İyunun 18-də avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil olunacaq.

Baki-baku.az-ın məlumatına görə, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Turnir Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutacaq.

Birincilikdə paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. Yarışlar üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013) oğlan və qızlar arasında keçiriləcək. İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda mübarizə aparacaqlar.

Bütün növlərdə məsafə 500 metr olacaq.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, açıq Bakı birinciliyinin keçirilməsinin əsas məqsədlərindən biri idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onların arasında rəqabətin gücləndirilməsidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dövlət Gömrük Komitəsinin Bakı Rəsmiləşdirmə Mərkəzinin tikintisi üçün layihə-smeta sənədləri hazırlanması ilkin variantla müqayisədə təxminən 3 dəfə ucuz

Ən son

ƏDƏBİYYAT, Mədəniyyət

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif

ƏDƏBİYYAT, Mədəniyyət

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin