Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/15/2025

Paylaşın

HƏR ŞEYDƏN

Atom partlayışı alov canavarına qarşı!

Atom partlayışı, Alov canavarı

Yanğınsöndürmə tarixində bir hadisə var ki, səsləndikdə elmi-fantastik hekayəni xatırladır, amma gerçəkdə baş vermişdir.

1963-cü ildə, Özbəkistan SSR-in Urtabulaq qaz yatağında baş verən qəza mühəndislər üçün əsl kabusa çevrildi. Cəmi bir neçə saniyədə 120 metr hündürlüyündə alov sütunu göyə qalxdı, odun uğultusu onlarla kilometr uzaqdan eşidilirdi.

Baki-baku.az xəbər verir ki, bu alov nəhənginə qarşı heç bir ənənəvi üsul işləmirdi. Üç il ərzində bütün o dövrün tanınmış texnologiyaları aciz qaldı — yanğın məğlubedilməz görünürdü.

Və o zaman sovet alimləri elə bir qərar verdilər ki, bu an elmi-fantastik romanların səhifələrinə layiq idi: yanğını yeraltı atom partlayışı ilə söndürmək! Təqribən 1,5 kilometr dərinlikdə, quyudan bir qədər aralıda təxminən 30 kiloton gücündə nüvə yüklü partlayıcı yerləşdirildi. Məqsəd zərbə dalğası ilə yer qatlarını çökdürərək qazın çıxış yolunu tamamilə bağlamaq idi.

1966-cı il, 30 sentyabrda, partlayışdan cəmi 23 saniyə sonra, alov sönmüşdü. Missiya möhtəşəm uğurla başa çatdı: bu, atom enerjisinin dağıdıcı yox, “yaradıcı” şəkildə yanğını söndürmək üçün istifadə olunduğu ilk hadisə idi.

Bu uğurdan ruhlanan mühəndislər bu üsulu daha üç dəfə sınaqdan keçirdilər. Lakin sonuncu cəhd Xarkov vilayətindəki yataqda gözlənilən nəticəni vermədi.

Beləcə, sovet mühəndisliyinin tarixindəki ən cəsarətli və riskli əməliyyatlardan biri başa çatdı — insanlıq təbiətin qəzəbinə qarşı ən güclü silahını işə saldı və qalib gəldi. “Nüvə ilə yanğınsöndürmə” metodu daha geniş tətbiq olunmasa da, Urtabulaq hadisəsi bizə xatırladır: bəzən dahilik və dəlilik bir yerdə addımlayır, və elmi cəsarət mümkünsüz görünəni mümkün edə bilir.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin