Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/25/2025

Paylaşın

GÜNDƏM

Assosiasiya rəhbəri: “Bakıda piyadayönümlü küçələr turistlərə şəhəri rahat və təhlükəsiz kəşf etməyə imkan verir”

IMG-20250825-WA0038

Son illərdə Bakıda küçələrin piyadayönümlü olması istiqamətində addımlar atılır. Nizami küçəsindən sonra artıq İslam Səfərli küçəsinin də yalnız piyadaların istifadəsinə verilməsi qərara alınıb.

Bu barədə Baki-baku.az-a açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bu addımı həm şəhər sakinləri, həm də turistlər üçün diqqətçəkici yenilik adlandırıb.

O bildirib ki, piyada küçələri turistlərə şəhəri daha rahat və təhlükəsiz kəşf etmək imkanı yaradır: “Avropa şəhərlərində geniş yayılmış bu model Bakının da cazibədarlığını artırır.

Belə zonalarda kafe və restoranların açıq havada fəaliyyət göstərməsi, küçə musiqisi və mədəni tədbirlər şəhərin turizm imicinə əlavə dəyər qata bilər. Nəqliyyatın azalması isə səs-küy və hava çirklənməsini azaldaraq Bakını daha yaşıl və komfortlu məkana çevirir”.

S. Dübəndinin sözlərinə görə, bu məsələdə müəyyən çətinliklər də mövcuddur: “Piyada zonalarının genişlənməsi paralel küçələrdə avtomobil sıxlığı yaradır, turist avtobuslarının və transferlərin girişini çətinləşdirir. Digər tərəfdən, infrastruktur yetərincə planlaşdırılmadıqda oturacaqlar, kölgəliklər və informasiya lövhələri olmadıqda bu təşəbbüslərin effekti zəifləyir. Əlavə olaraq, yaşlı turistlər və ya əlilliyi olan şəxslər üçün uyğun imkanlar yaradılmadıqda belə küçələr əksinə, əlçatanlıq probleminə səbəb ola bilər”.
Assosiasiyanın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, ümumilikdə, Bakının piyada küçələrinin artırılması turizm üçün müsbət potensiala malikdir. Ancaq bu təşəbbüslərin uğuru yalnız infrastrukturun keyfiyyətli planlaşdırılması və nəqliyyatın düzgün tənzimlənməsi ilə mümkündür.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

XXI век — это эпоха стремительного технологического прогресса, и одним из его наиболее ярких проявлений является технология искусственного

Ən son

ОБО ВСЕМ

Наушники — сегодня привычный для каждого элемент повседневной жизни, но их история насчитывает более века.

ОБО ВСЕМ

Наушники — сегодня привычный для каждого элемент повседневной жизни, но их история насчитывает более века.