Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/08/2025

Paylaşın

HƏR ŞEYDƏN

Arxeoloqlar fəlakətdən sonra Pompeydə yaşayanların sirrini açdılar

Pompey

Vezuviy vulkanının 79-cu ildəki dağıdıcı püskürməsindən sonra Pompey tamamilə məhv olmuşdu. Lakin arxeoloqların yeni tapıntıları göstərir ki, bəzi sakinlər fəlakətdən sonra dağıntılar içində yaşamağa davam ediblər.

Baki-baku.az portalı aparılan tədqiqatların nəticələrinə əsasən bildirir ki, şəhərə geri dönənlər arasında həm sağ qalan köhnə sakinlər, həm də yeni məskən axtaranlar və xəzinə ovçuları olublar.

Lakin bu yer klassik Roma şəhəri deyil, infrastruktursuz, çətin şəraitdə qurulan qeyri-rəsmi düşərgəni xatırladıb.

Tədqiqatçılar bildirirlər ki, əsasən binaların üst mərtəbələri yaşayış üçün istifadə olunub, alt mərtəbələr isə anbar və emalatxana kimi yenidən qurulub.

UNESCO-nun Pompey üzrə nümayəndəsi Qabriel Tsuxtriqel bu yaşayış formasını “böyük şəhərin xarabalıqları arasında salınmış bir növ favela” adlandırıb.

Qeyd edək ki, Vezuviy püskürməsi zamanı şəhər əhalisinin 15-20%-i həyatını itirmişdi. Ən ölümcül faktor isə lavadan çox, qaz və kül buludlarının yaratdığı istilik dalğası olmuşdu. Pompey XVI əsrdə ilk dəfə kül qatının altından tapılmışdı.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yerin ən aşağı nöqtəsində yerləşən Ölü dəniz təkcə duzluluğuna və suyun içində həyatın demək olar ki, mümkün olmamasına

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin