Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

Anar Quliyev: WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük məsuliyyət, həm də mühüm qürurdur

Anar Quliyev, WUF13, World Urban Forum

Bu forum yalnız konfrans xarakteri daşımır. Burada şəhərsalma siyasətləri ətrafında müzakirələr aparılır, tərəfdaşlıqlar möhkəmləndirilir, həmçinin Yeni Şəhər Gündəliyi və inkişaf məqsədlərinin icrası istiqamətində birgə fəaliyyət həyata keçirilir.

Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən Liderlərin Bəyanatları zamanı səsləndirib.

Anar Quliyev bildirib ki, hazırkı dövrdə şəhərlər artıq qlobal iqlim dəyişikliklərinin əsas təsir mərkəzlərindən birinə çevrilib və məhz buna görə WUF13 xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri vurğulayıb ki, builki forum çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə ilk dəfə liderlərin, dövlət və hökumət başçılarının görüşü təşkil olunub.

“WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük şərəf olmaqla yanaşı, ciddi məsuliyyət də deməkdir. Bu platforma dayanıqlı şəhərsalmanın inkişafı, yenidənqurma prosesləri və şəhər icmalarının dirçəldilməsi baxımından mühüm rol oynayır. Biz bu məqsədlərə həm dialoq, həm də tərəfdaşlıq vasitəsilə nail olmağa çalışırıq”, – deyə Anar Quliyev əlavə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq.

Ən son

HƏR ŞEYDƏN

Məhz buna görə hər il iyunun 14-ü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd

HƏR ŞEYDƏN

Məhz buna görə hər il iyunun 14-ü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin