Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

Anar Quliyev: Azərbaycan regionun son dövr tarixində ən genişmiqyaslı və kompleks yenidənqurma proqramlarından birini icra edir

Anar Quliyev, WUF13

Azərbaycan son beş ildən artıq müddət ərzində regionun müasir tarixində ən geniş əhatəyə malik yenidənqurma proqramlarından birini həyata keçirməkdədir.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Anar Quliyev, World Urban Forum 13-ün milli koordinatoru olaraq forum çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” adlı tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi nəzarətdən kənarda qalıb, yüzlərlə şəhər, qəsəbə və kənd dağıdılıb, mühüm infrastruktur obyektləri məhv edilib, həmçinin mədəni irs ciddi zərər görüb.

Komitə sədri vurğulayıb ki, ərazilərin azad edilməsindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoyaraq yenidənqurma, inteqrasiya və dayanıqlı regional inkişaf istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb.

A.Quliyev əlavə edib ki, azad olunmuş ərazilər “yaşıl enerji zonası” kimi müəyyən edilib və burada hidroenerji potensialı ilə yanaşı, günəş və külək enerjisi üzrə də böyük imkanlar mövcuddur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da “Gələcək urbanizasiya: Şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?”

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin