Qlobal istiləşmə fonunda Alyaska sahillərində yeni ada əmələ gəlib.
Baki-baku.az xəbər verir ki, “Pro-Nob” adlı ada Alsek buzlağının əriməsi nəticəsində formalaşıb.
Yeni adanın sahəsi 5 kvadrat kilometr təşkil edir. NASA-nın çəkdiyi görüntülər çoxillik dəyişikliklərin miqyasını nümayiş etdirir. 1984-cü ildə buzlaq ərazi bütün dağı əhatə edirdi, lakin bu yay tamamilə materikdən ayrılıb.
Buzlaqları öyrənən mütəxəssisin sözlərinə görə, onların əriməsi və buz qatının nazikləşərək çəkilməsi prosesi artıq bir neçə onillikdir ki, davam edir.