2025-ci ilin yanvar-iyun aylarında Bakıda hüquqi şəxslər üzrə 36 min 488 yeni iş yeri açılıb.
Baki-baku.az-ın əldə etdiyi məlumat görə, paytaxtda açılan iş yerlərinin əksəriyyəti tikinti sahəsinə aiddir. Belə ki, qeyd edilən dövrdə tikinti sahəsi üzrə 9141 yeni iş yeri açılıb. İkinci pillədə isə ticarət, nəqliyyat vasitələrinin (7357) təmiri yer alıb. Daha sonra emal sənayesi, turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyətə dair iş yerləri çoxluq təşkil edib.