Nəşr edilmişdir 04/25/2025

Paylaşın

GÜNDƏM

Akademik Zərifə Əliyevanın 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa və ağacəkmə aksiyası keçirilib

IMG-20250425-WA0242

Aprelin 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Ümummilli Lider Heydər Əliyev, Zərifə xanım və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, aparatın şöbə müdirləri, rayonun səhiyyə müəssisələrinin nümayəndələri iştirak ediriblər.
Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları tədbir iştirakçılarına təqdim edib, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı fikirlərini söyləyib. Qeyd edib ki, Zərifə xanım Əliyevanın yüksək intelektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub. Daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olub.
Milli Oftalmologiya Mərkəzinin bölmə müdiri Yazgül Abdıyeva Zərifə xanımın elmi yaradıcılığı barədə geniş və ətraflı məruzə etdi. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradıldığını və bu sahədə aldığı mükafatları diqqətə çatdırdı.
Digər çıxış edənlər Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qeyd ediblər ki, Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan söhbət açdılar, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını söyləyiblər.
Təqaüddə olan oftalmoloq Hicran Həşimova Zərifə zanım Əliyevayla bağlı xatirələrini bölüşərək qeyd edib ki, Zərifə xanım zaman baxımından qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla tarixə adını yazdırıb.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayaraq, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Həmçinin həmin tarixdə Sanqaçal qəsəbəsində xalqımızın görkəmli alimi, akademik, tanınmış oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyanın məqsədi görkəmli alimin əziz xatirəsini yad etməklə yanaşı, eyni zamanda ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılmasına töhfə vermək olub. Əraziyə müxtəlif növ ağac tingləri əkilib, abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Tədbirin sonunda iştirakçılar əkilən ağaclara qulluq göstərilməsi və yaşıllıqların qorunmasının vacibliyini bir daha diqqətə çatdırıblar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib.

Ən son

GÜNDƏM

Avstriyanın paytaxtı Vyana Avropanın ən məşhur turizm mərkəzlərindən biridir və burada restoranların və kafelərin səkilərdə

GÜNDƏM

Avstriyanın paytaxtı Vyana Avropanın ən məşhur turizm mərkəzlərindən biridir və burada restoranların və kafelərin səkilərdə