Nəşr edilmişdir 04/15/2025

Paylaşın

GÜNDƏM, TARIXI ŞƏXSİYYƏTLƏR

Akademik Zərifə Əliyevanın anım günüdür

Zərifə Əliyevanın anım günüdür, Зарифа Алиева, Zərifə Əliyeva

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.
Baki-baku.az xatırladır ki, Zərifə Əliyeva Naxçıvan Muxtar Respublikasının Şərur mahalının Şahtaxtlı kəndində 1923-cü il aprelin 28-də anadan olub.
Sənətin, poeziyanın, milli-mənəvi dəyərlərin qorunduğu, ictimai-siyasi baxışların formalaşdığı bir ailədə dünyaya gələn Zərifə xanım genetik kodlardan, ata-babalarından aldığı müqəddəsliklərdən, Türk dünyasının qüdrətli xatunlarının duyğularından qidalandı.
Klassik və müasir poeziyanı, Şərq və dünya fəlsəfəsini, milli musiqini gözəl bilsə də, atası professor Əziz Əliyevin yolu ilə gedib təbabəti seçdi. Bu səbəbdən də, 1942-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldu. Oranı bitirdikdən sonra Moskvada oftolmalogiya üzrə Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun ixtisaslaşma kursunu keçdi. 1949-cu ildən başlayaraq düz 18 il Azərbaycan Elmi-Tədqiqat Oftolmalogiya İnstitutunda həkim-ordinatordan böyük elmi işçi vəzifəsinədək yol gəldi. 1950-1953-cü illərdə aspiranturada təhsil alan Zərifə xanım, 1960-cı ildə “Traxoma xəstəliyinin sintomisin və onun başqa terapiya metodları ilə əlaqəli müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi.
O zamanlar traxoma Azərbaycanda geniş yayılır və Zərifə xanım onunla bağlı müdafiəyə qalxır. Traxoma ilə bağlı problemlər həll olunduqdan, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım oftalmologiyanın başqa problemlərinin elmi araşdırılması ilə sistemli şəkildə məşğul olmağa başlayır. Vərəm, şəkər və qlaukoma xəstəlikləri nəticəsində gözün zədələnmə xüsusiyyətlərinin öyrənilməsinə həsr olunan, əsərləri ilə təbabətin bu ağır sahəsinə yardımçı olan Zərifə xanım 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə oftalmologiya ixtisası üzrə böyük elmi işçi adına layiq görülür. 1967-cı ildə isə atasının adını daşıyan Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur.
Kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələlərinə həsr olunan yeni, uğurlu tədqiqatların əsasını qoyan Zərifə xanım Əliyeva Azərbaycanda kimya sənayesinin genişlənməsi və inkişafı ilə bağlı görmə üzvünə kimyəvi maddələrin təsiretmə mexanizminin praktiki olaraq aşkar edilməsi kimi ciddi işlərin də təməlini qoyur. 1968-ci ildən isə Zərifə xanım peşə oftalmologiyası məsələləri ilə sistemli şəkildə məşğul olmağa başlayır. Peşə xəstəlikləri probleminin həllinə nail olan alim, yod, rezin və neft-kimya sənayesi müəssisələrində işləyənlərdə görmə üzvü və köməkçi aparatın funksiyasına və biokimyasına, mikro və ultra-mikrostrukturuna zərərli peşə faktorlarının təsirinə dair çoxistiqamətli məsələlərlə məşğul olur, yeni klinika və laboratoriyaların təməlini qoyur. 1976-cı ildə Q.Helmhols adına Moskva Göz Xəstəlikləri İnstitutunda “Azərbaycan kimya sənayesini bəzi müəssisələri işçilərində görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edən Zərifə xanım Əliyeva 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının professoru, 5 il sonra isə kafedranın müdiri kimi fəaliyyətini davam etdirir. Bakı Məişət Kondisionerləri zavodunda gözün peşə patologiyasının unikal laboratoriyasının təməlini qoyan Zərifə xanım burada klinik, funksional-diaqnostika şöbələrlə yanaşı, dünyada yeganə olan istehsalatda cərrahiyyə şöbəsini yaradır.
1979-cu ildə AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunda görmə üzvünün patologiyası və fiziologiyası probelmi laboratoriyası yaradılır. Zərifə xanımın burada aparıdığı genişmiqyaslı tədqiqatları nəticəsində “Göz yaşının axmasının fiziologiyası”, “gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sistemini anatomik-fizioloji təbiəti” kimi bir sıra fundamental məqalə və monoqrafiyaları işıq üzü görür. “Şin istehsalatında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində peşə xəstəliklərinin profilaktikası” kimi kitab və monoqrafiyaları Azərbaycandan kənarda da füksək qiymətləndirilir. Bu səbədən də 1981-ci ildə Zərifə xanım Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görülür. Oftalmologiya tarixində ilk qadın alim kimi bu mükafata layiq görülən Zərifə xanım sonrakı fəaliyyətini yaşlı adamlarda görmə qabiliyyətinin zəifləməsinə səbəb olan katarakt xəstəliynin cərrahi üsulla müalicəsinin təkmilləşməsinə həsr edir.
Bütün həyatını, elmi və pedaqoji fəaliyyətini oftalmologiyanın çoxşaxəli probelmlərinə həsr edən Zərifə xanımın gənc həkimlərin, oftalmoloq alimlərin yetişməsində də xüsusi xidmətləri var idi. Adı ilə bağlı Məktəb yaradan Zərifə xanım Əliyeva 1983-cü ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Əmək veteranı medalına, Qırmızı Əmək Baryağı ordeninə və Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görüldü.
Onun ən böyük mükafatını isə Tanrı özü vermişdi. O, ömrünün 34 ilini milli dövlətçilik tariximizin yenidən yazılmasına, mənəvi dəyərlərimizin qorunmasına və inkişafına həsr edən Heydər Əlirza oğlu Əliyevin könlünün sultanı olmuşdu. Ona iki dəfə övlad sevinci bəxş etmişdi. Dövləti fəaliyyətində mənəvi dəstəyinə çevrilmişdi. Həkim, alim, qadın və ana ömrü sürməklə yanaşı, ictimai xadim kimi Azərbaycanın quruculuğunda iştirak etmişdi. Sənət, mədəniyyət adamlarının dostu olmuşdu. Dövlət tədbirlərində, elmi konfrans və simpoziumlarda çıxışları ilə əski gənələklərdən gələn türk xatununun obrazını yaratmışdı. Onun təşəbbüsü ilə təməli qoyulan elm, tədris ocaqları, muzeylər, kitabxanalar, ən ucqar dağ kəndlərinə çəkilən yollar sənətin, mədəniyyətinin hamisi olan bu qadının vətən sevgisini bu gün də yaşatmaqdadır.
Ümumittifaq “Vestnik oftalmoloqii” jurnalının, Ümumittifaq Oftalmoloqlar Elm Cəmiyyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Geniş Elmi Şurasının və Baş Cərrahlar Elmi Şurasının üzvü olan Zərifə xanım bütün bu çoxşaxəli ictimai fəaliyyəti ilə yanaşı, Azərbaycan qadını, bir ailənin xanımı idi. Bu günün və sabahın dövlət başçısının xatunu və anası idi.
Zərifə xanım 1985-ci il aprelin 15-də Moskvada Naxçıvandan, Bakıdan çox-çox uzaqlarda vida nəğməsi oxudu. 1994-cü ildə Azərbaycanın dövlət başçısının sərəncamı ilə yenidən vətənə qayıtdı. Fəxri xiyabanda torpağa verildi.
Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Saat 06:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında maksimal sürəti 33 m/s-yə çatan güclü şimal-qərb küləyi müşahidə

Ən son

GÜNDƏM

Ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm

GÜNDƏM

Ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm